Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir
 

15:03 / 06.08.2022 Oxunub: 574

Azərbaycanlı qardaşlarımızın şəhid olmasına səbəb olan hücumu qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın orada əksini tapan öhdəliklərini tezliklə yerinə yetirməsi vacibdir.

Kanal 20 TV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Londondakı səfirliyinə hücumun qəbuledilməz olduğunu bildirən Türkiyə Prezidenti deyib: “Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzalarını alacaqlar”.

Digər xəbərlər

Xəbər lenti

01 Oktyabr 2022
30 Sentyabr 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ