Şuşada çadırların qurulmasına və tonqalların yandırılmasına QADAĞA

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.
Kanal 20 TV-nin xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.
Sənəddə həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır

Digər xəbərlər

Ərdoğandan Azərbaycanın səfirliyinə hücumla bağlı AÇIQLAMA
jpg-1659936372.jpg)
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

"Qarabağ" ilk turda qalib gələrək turnir cədvəlinin liderinə çevrilib

Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir
Xəbər lenti
Ən çox oxunan
