SON DƏQİQƏ: Çin Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
 

23:09 / 02.08.2022 Oxunub: 1584

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kanal 20 TV xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:

“Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.

Eyni zamanda Çin Tayvan adasının şimalında – Çinin şərqindəki Çjetszyan əyaləti avqustun 3-5-də Şərqi Çin dənizində dəniz atəşi təlimləri keçirəcək. Bu barədə çərşənbə axşamı əyalətin Dəniz İşləri İdarəsi məlumat yayıb.

Bundan başqa, Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığı bildirib ki, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.



Digər xəbərlər

Xəbər lenti

23 Sentyabr 2023
22 Sentyabr 2023

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ