Rusiyada dünyanın ən böyük yataqlarının birində qaz kəməri partlayıb - VİDEO
 

13:06 / 16.06.2022 Oxunub: 468

Urenqoy yatağında qaz kəmərində partlayış olub, yanğın başlayıb.

Bu barədə “Qaz-Batyuşka” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, yanğın gecə baş verib.

“Mənbənin sözlərinə görə, “Qazprom dobıça Urenqoy” ərazisində 7-8 saylı qaz yataqları arasında diametri 1400 mm olan boru partlayıb. Təfərrüat dəqiqləşdirilir”, - deyə məlumatda vurğulanıb.

Sonradan sosial şəbəkələrdə hadisə yerindən olduğu bildirilən kadrlar paylaşıldı.

Qeyd edək ki, Urenqoy qaz yatağı dünyanın üç ən böyük yatağından biri hesab olunur. Onun geoloji ehtiyatları 16 trilyon kubmetr həcmində qiymətləndirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Yamal-Nenetsk Muxtar Dairəsi üzrə Baş İdarəsi hadisə ilə bağlı heç bir məlumat vermir.

Yanğınla bağlı məlumat təsdiqlənərsə, bu, bir il ərzində “Qazprom”un obyektlərində ikinci ciddi fövqəladə hadisə olacaq. Ötən il avqustun 5-də Novıy Urenqoy şəhərindən 28 kilometr şimal-şərqdə nəqliyyat üçün kondensat hazırlayan zavod yanıb. Bundan sonra Rusiya şirkəti Avropaya tədarükünü xeyli azaldıb. Bunun bərpası, demək olar ki, bir ay çəkdi, lakin Aİ-yə qaz idxalının azalması qazın qiymətində ilk kəskin artıma səbəb oldu.

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ