Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək
 

09:23 / 08.08.2022 Oxunub: 832

İsrail hakimiyyəti ötən həftənin cümə günündən "İslami Cihad" qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.

Kanal 20 TV TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.

“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, - məlumatda deyilir.

Bununla beə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.



Digər xəbərlər

Xəbər lenti

23 Sentyabr 2023
22 Sentyabr 2023

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ