"Qarabağ" bu gün "Sürix"lə qarşılaşacaq
 

09:30 / 19.07.2022 Oxunub: 334

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Kanal 20 TV məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Qarşılaşmanı Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"ın heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.

"Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

19 iyul

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika stadionu.

Cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

Digər xəbərlər

Xəbər lenti

01 Oktyabr 2022
30 Sentyabr 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ