Məşhur pianoçu Zərrin Şükürün Avropa QALİBİYYƏTİ - FOTO

16:56 / 14.07.2022 Oxunub: 3060

Kanal 20 TV xəbər verir ki, nüfuzlu beynəlxalq müsabiqələr laureatı, pianoçu və gənc bəstəkar Zərrin Şükür İtaliyanın Roma şəhərində keçirilən "SONJA PAHOR" adına XIII Avropa fortepiano müsabiqəsinin qalibi olub.

Müsabiqənin təşkilat komitəsinin rəsmi açıqlamasına görə Zərrin Şükür öz kateqoriyasında ən yüksək bal (91/100) toplamışdır. Zərrin bu müsabiqəyə qatılan ilk azərbaycanlı pianoçudur. Bu müsabiqənin münsiflər heyətində Avropanın nüfuzlu pianoçu-pedaqoqlarından Kristina Kavalli, Viktoriya Terekiyeva, Cilda Butta, Miriam Mariya Di Paskuale Baumann və eləcə də məşhur pianoçu Sonja Pahorun oğlu Marko Torre yer almışdır.
Bu, Zərrinin pianoçu kimi son ay ərzində ikinci uğurudur. Belə ki, o Milanda keçirilən tanınmış pianoçu və pedaqoq Marko Falossinin rəhbərliyi ilə Fasolsi Asossiasiyasının təşkil etdiyi “Concorro per Crescere” müsabiqəsində də bütün münsiflər heyətindən ən yüksək balla qiymətləndirilərək (100/100) qalib seçilmişdir. Hər iki müsabiqədə  İtaliya, Fransa, Polşa, İspaniya və digər avropa ölkələrindən pianoçular iştirak edirdi.
Qeyd etmək istərdik ki, Zərrin 10 ildir ki, professional musiqi təhsilini fasiləsiz davam etdirir. Cari ilin iyun ayının 3-də ilk dəfə bəstəkar kimi “Qaranquş” adlı fortepiano pyeslərindən ibarət albomunu Bakı Musiqi Akademiyasının Böyük zalında geniş auditoriyaya təqdim etmişdir.
Zərrinə bol yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzu edirik.

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ