Laçında yaralanan əsgərimiz həlak olub

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Kanal 20 TV-nin əldə etdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev müxtəlif bədən xəsarətləri almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Allah rəhmət etsin!

Digər xəbərlər

Ərdoğandan Azərbaycanın səfirliyinə hücumla bağlı AÇIQLAMA
jpg-1659936372.jpg)
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

"Qarabağ" ilk turda qalib gələrək turnir cədvəlinin liderinə çevrilib

Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir
Xəbər lenti
Ən çox oxunan
