İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücumu pisləyib.
Bu barədə “Report”a təşkilatdan bildirilib.
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”, - İƏT-in bəyanatında qeyd olunur.
"Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", - təşkilat vurğulayıb.
"Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir", - İƏT vurğulayıb.
Qeyd edək ki, radikal dini dəstə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandallıq aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.
Fakt yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.



Digər xəbərlər

DİN: Qarabağda yaşayan ermənilərin vətəndaşlıq məsələlərinə baxılacaq

Albert Aqarunovun vurduğu erməni tankı Bakıya gətirildi -VİDEO

Şübhəli bilinən şəxslər saxlanıldı - Türk polisindən ƏMƏLİYYAT

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir - FOTO

Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib

Yaşar Güler: Antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi səbəb oldu
Xəbər lenti
Ən çox oxunan

Erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş bitdi - YENİLƏNİB VİDEO
