Əsgərimiz döyüş tapşırığını yerinə yetirərkən həlak oldu, digər hərbçi xəsarət alıb 
 

14:50 / 05.08.2022 Oxunub: 300

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ