COVID-19 infeksiyasına 531 yoluxma faktı qeydə alınıb - Azərbaycan
 

16:55 / 02.08.2022 Oxunub: 155

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 531 yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 799 min 471 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 787 min 80 nəfər müalicə olunaraq sağalıb, 9 min 752 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 639 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 950, bu günə qədər isə ümumilikdə 7 milyon 51 min 505 test icra olunub.

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ