Braziliya klubu "Qarabağ"la danışıqlarda saxtakarlığa əl atıb

Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneyin "Qarabağ" transferinin baş tutmamasının detalları açıqlanıb.
Kanal 20 TV xəbər verir ki, keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlığa əl atması səbəb olub.
Danışıqlar "köhlən atlar"ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.
İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.
"Nautiko"nun idman direktoru Roberto Selva isə bu məsələdə "Qarabağ"ı günahlandırıb: "Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdur. Rhaldney "Qarabağ"a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi".
Qeyd edək ki, daha əvvəl Braziliya mətbuatı "Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyini yazmışdı.



Digər xəbərlər

Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu

“Qalatasaray” komandası Çempionlar Liqasında mübarizəyə başlayır

Xəzər İsayev: Azərbaycan gələcəkdə Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər

DÇ-2024: Futzal millimiz elit-raund mərhələsində mübarizəyə başlayır

Avropa Liqası: “Qarabağ” qrup oyunları üçün iştirak ərizəsini açıqlayıb

Belçika yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyun asan olmayacaq
Xəbər lenti
Ən çox oxunan

Erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş bitdi - YENİLƏNİB VİDEO
