Bayrağmız Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO
 

09:15 / 05.08.2022 Oxunub: 303

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan bayrağı yenidən yerinə bərkidilib.

Kanal 20 TV xəbər verir ki, hazırda Azərbaycanın Londondakı səfirliyinin önündə yenidən üçrəngli dövlət bayrağımız dalğalanır.

Qeyd edək ki, bir müddət öncə diplomatik nümayəndəliyimiz radikal dini qruplaşma üzvlərinin hücumuna məruz qalıb. Qanunu pozan 8 nəfər London polisi tərəfindən saxlanılıb. Belə ki, səfirliyə hücum edənlər “The Mahdi Servants Union” adlı radikal dini qruplaşmanın üzvləridir.

                                                          

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ