Baş Prokurorluq: Ordumuzun əsgərinin ölümü ilə bağlı cinayət işi başlanıb

10:55 / 05.08.2022
Oxunub: 72
Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuata xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq tədbirləri davam edir.

Digər xəbərlər

MN: "Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib"

Əsgərimiz döyüş tapşırığını yerinə yetirərkən həlak oldu, digər hərbçi xəsarət alıb

Miasteniya ciddi və hərtərəfli müalicə tələb edir

Biz geriyə, əvvəlki müxbir postlarımıza, Ağdama, Şuşaya, Xankəndiyə... dönəcəyik!

Azərbaycan Ordusunun əsgəri həlak olub

DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi olub
Xəbər lenti
07 Avqust 2022
Ən çox oxunan

11:06
05 Avqust 2022
1106