Azərbaycanın Xalq artisti vəfat edib

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova 83 yaşında vəfat edib.
Kanal 20 TV xəbər verir ki, o, uzun sürən xəstəlikdən vəfat edib.
S.İbrahimova tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.
S.İbrahimovanın milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olub. Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Onun müəllimləri görkəmli musiqiçilər Mayor Brenner və Qara Qarayev olub.
Qeyd edək ki, S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir.

Digər xəbərlər

Beynəlxalq Boğaziçi film festivalına oktyabrın 21-də start veriləcək

Tanımış yazar Sabir Hacıyev “Şərəf” medalına layiq görülüb

MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 18-ci iclası keçirilib

Məşhur pianoçu Zərrin Şükürün Avropa QALİBİYYƏTİ - FOTO

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

Azərbaycanda üç yeni radionun açılması üçün müsabiqələr elan edilib
Xəbər lenti
Ən çox oxunan
