Antalyada turist avtobusu aşdı: Ölən və yaralananlar var - VİDEO
 

13:04 / 16.06.2022 Oxunub: 777

Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.

Qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.
Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.//oxu.az

Digər xəbərlər

Xəbər lenti

07 Avqust 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ