Almaniya konsulu həbs edildi - Braziliyada
 

10:20 / 07.08.2022 Oxunub: 513

Braziliyanın Rio-de-Janeyro şəhərində polis Almaniya konsulu Uve Herbert Hannı belçikalı əri Valter Henri Maksimilyen Biotu öldürməkdə şübhəli bilinərək saxlayıb.

Kanal 20 TV "Metropoles"ə istinadən xəbər verir ki, meyit cümə günü aşkar edilən zaman diplomat onun ölümünün səbəbinin eyni vaxtda külli miqdarda spirtlə yuxu dərmanı qəbulu ola biləcəyini bildirib. Lakin sonradan məhkəmə-tibb eksperti meyitin üzərində çoxsaylı xəsarət və qançırlar aşkar edib. Polisin fikrincə, ölüm başın arxasındakı kəllə-beyin travması nəticəsində baş verib.

Bundan əlavə, polis alman diplomatın öz katibindən mənzili təmizləməyi xahiş etdiyini müəyyən edib. Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, yaşayış yerində qan izləri tapıb.

Digər xəbərlər

Xəbər lenti

01 Oktyabr 2022
30 Sentyabr 2022

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ